Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri istisna olmaqla, hansı tikinti layihələrinin ekspertizadan keçirilməsinin məcburi olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir:

– tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri – həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından;

– dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələri və smetaları – bu Məcəllədə nəzərdə tutulanlardan əlavə həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından.

Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Məcəllədə nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilir.