Şəxslərə nələrə görə kompensasiya verildiyi açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şəxslərə aşağıdakılara görə kompensasiya verilir:
– məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;
– müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;
– ödənilmiş məhkəmə xərcləri;
– müdafiəçiyə ödənilmiş pul məbləği;
– hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.