Türkiyənin “Fənərbaxça” klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib.

Heftelik.az-ın məlumatına görə, İsmail Kartalın baş məşqçisi olduğu kollektiv Yunanıstanda “Olimpiakos”un qonağı olub.

İlk hissədə qapısından 3 top buraxan “Fənərbaxça” ikinci hissədə dəyişikliklərdən sonra toplanmağı bacarıb və iki qol vuruaraq son nəticədə minimal hesabla uduzub.

Beləliklə, 2:3 hesabı ilə məğlub olan İstanbul təmsilçisi növbəti mərhələ üçün ümidini qoruyub.

Cavab qarşılaşması bir həftə sonra Türkiyədə olacaq.