Aprelin 14-ü gündüz gündüz şimal və qərb rayonlardan başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.

Heftelik.az-ın məlumatına görə,  bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Ayrı-ayrı yerlərdə, xüsusilə də Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası, Balakən-Şəki, Quba-Qusar və Mərkəzi Aran rayonlarında yağışların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərə qar yağacağı ehtimalı var.