İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarının itiriblər.
Amid İsbərov və Fərhan Məmmədzadə 8-ci sinif şagirdləri olub.
***
saat 16.00
İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.
Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.