Fənn-mövzulu kataloqda sənədləşdirilmiş informasiya qurumlarının fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə, mövzu daxilində isə fənlərin (ayrı-ayrı məsələlərin) əlifba sırası ilə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Fənn mövzulu kataloqa misal olaraq penitensiar sistemin qurumlarının tarixi üzrə toplanan sənədləri göstərmək olar. Qurumun tarixinə dair kataloqda informasiya qurum adlarının əlifba sırası ilə, bir quruma aid olan sənəd qruplarının daxilində isə——xronoloji və ya digər əlamətlər üzrə təsnifləşdirilir.