Kataloqlar lazımi sənədlərin məzmunun daha tam açılması və onların operativ axtarışı üçün yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Kataloqa aşağıdakılar daxil edilir:

– kataloqa daxil edilən sənədləşdirilmiş informasiyanın təsnifat sxeminin tərtibi;

– kataloqa daxil edilməsi üçün sənədlərin seçilməsi;

– kataloq kartoçkalarında sənədlərin təsviri;

– kataloq kartoçkalarının kataloqda sistemləşdirilməsi;

– kataloqun aparılması.