Rusiyanın Yekaterinburq şəhərində oyuncaq tapança ilə bankları soyan azərbaycanlının cəza müddəti yüngülləşdirilib.

Heftelik.az xəbər verir ki, 25 yaşlı Elgün Tələt oğlu Müslümov 2022-ci ilin oktyabr-noyabr aylarında “Uralmaş” Home Credit ofislərinə üç dəfə hücum edib.

O, banka girərək tapança ilə işçiləri hədələyib, pul tələb etməyə başlayır, lakin pula sahib ola bilməyib qaçır.

İstintaqda o bu addımını menecerlərin qarət zamanı həyəcan düyməsinə basdıqlarını düşündüyü üçün etdiyini deyib.

Elgün Müslümov 2023-cü ilin martında polis tərəfindən saxlanılıb.  Onun kredit təşkilatının keçmiş işçisi olduğu da üzə çıxıb.

Azərbaycanlı gənc sadəcə olaraq “Uralmaş” Home Credit rəhbərliyinin onu istefaya məcbur etdiyinə görə qisas almaq istədiyini və addımlarını buna görə atdığını söyləyib.

2023-cü ilin dekabrında Yekaterinburqun Orconikidze rayon məhkəməsi onu zorakılıq hədəsi ilə quldurluqda təqsirli bilib və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Vəkilin apellyasiya şikayətindən sonra Sverdlovsk vilayət məhkəməsi istintaqa səmimi yardımını nəzərə alıb və Müslümovun cəzasını altı ay azaldıb.