Təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı iradlar olduqda, ekspertiza müəssisəsi həmin iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Birbaşa müraciətdə göstərilən iradlar 10 gün müddətində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi tərəfindən əsaslandırılmaqla rəy verilir və müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərilir.