Hansı fəaliyyət növlərinin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmadığı açıqlanıb.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Aşağıda göstərilən fəaliyyət növləri daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır:

– qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsi;

– qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması;

– qeyri-rezident müəssisəsinin yalnız özü üçün malların alınması və ya məlumatların toplanması;

– qeyri-rezident müəssisəsinin özü üçün hər hansı digər hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi;

– göstərilmiş hər hansı fəaliyyət növlərinin bir yerdə həyata keçirilməsi.