Ziyan bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərara əsasən ödənilmişsə və sonradan bu qərar ləğv edilərək müvafiq şəxsin barəsində həmin cinayət təqibi ilə əlaqədar ittiham hökmü çıxarılmışsa, ziyanın ödənilməsinə yönəldilmiş məbləğlər tutulması üçün məhkəmə tərəfindən təkrar icraya yönəldilə bilər.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.