İstismar zamanı temperaturu 450C-dən yuxarı olan avadanlıq və boru kəmərləri hissələrinin səthləri yanmayan istilik izolyasiyası və ya məhəccərlə mühafizə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İşçinin xidmət etmək üçün 0,75 m-dək hündürlüyə qalxmalı olduğu avadanlıq pilləkənlərlə, 0,75 m-dən yuxarı olduqda isə məhəccərli və meydançalı nərdivanlarla təchiz edilməlidir.