Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib.

Heftelik.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr verilib.

Əmrə əsasən, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad olunub.

Qeyd edək ki, o, 14 ildir bu vəzifədə çalışırdı.

Xatırladaq ki, Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli qərarı ilə  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyinə verilib.

Beləliklə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev Mənşur Gülməmmədli ilə vidalaşmağa qərar verib.