Şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı hansı hüquqları olduğu açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı aşağıdakı hüquqları var:
– əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq;
– azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək;
– əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək;
– məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək;
– məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq.