Tikinti layihələri ekspertiza müəssisəsi tərəfindən 20 gün müddətində ekspertizadan keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Siyahısı tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarında müəyyən edilən mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi müddəti 3 ayadək uzadılır. Ekspertiza müəssisəsi iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət etdiyi hallarda tikinti layihələrinin ekspertizadan keçirilməsi müddətlərinin axını 10 günədək dayandırılır.