Müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olmadıqda, həmin şəxsin razılığı ilə onda olan əşya və sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq vəzifələrini yerinə yetirməlidir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.