Mülki cavabdeh qismində tanındıqdan sonra həmin şəxsin üzərinə təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət qoyula bilməməsi və ya şəxsin mülki cavabdeh vəziyyətində qalmasına digər əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə şəxsin cinayət prosesində mülki cavabdeh qismində iştirakına xitam verir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.