Hansı qərarların cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik olmadığı açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Aşağıdakı qərarlar cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir və yeni hallar aşkar edilərsə və ya əvvəlki hallar aradan qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər:

– şəxslərin cinayət prosesinin iştirakçısı qismində tanınması və bu qisimdə onların cinayət prosesində iştirakına xitam verilməsi haqqında;

– qətimkan tədbirinin seçilməsi və ya digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi haqqında;

– cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiə tədbirlərinin tətbiqi və onlara xitam verilməsi haqqında;

– sübutların və cinayət təqibi üzrə icraatın digər materiallarının axtarılıb tapılması, toplanması, əlavə edilməsi, tədqiqi məsələləri haqqında;

– prosessual hərəkətlərin icraatının növbəliliyi və vaxtı haqqında.