Qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya və (və ya) vergi sirrinin qorunmasını tələb etmək vergi ödəyicisinin hüququdur.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qeyri-qanuni aktları (qərarları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin tam ödənilməsini, qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək və vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək də vergi ödəyicisinin hüququdur.