Lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin, idman mərc oyunları operatoru tərəfindən idman mərc oyunu biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, lotereya biletlərinin və idman mərc oyunlarının satıcılarının haqları (mükafatları) haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada lotereya təşkilatçısının və idman mərc oyunları operatorunun malik olduqları müvafiq olaraq informasiya sistemi və mərkəzi mərc oyunu sistemi vasitəsilə gündəlik əsasla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.