Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.