Tikinti meydançasına bitişik ərazilərin və küçələrin çirklənməsinin qarşısı alınmalı və təmizliyə riayət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Tikinti ərazisində yerləşən yeraltı mühəndis-kommunikasiya xətlərinin və konstruksiyaların mühafizəsi təmin olunmalıdır. Tikinti meydançasında hazırlıq işləri aparılarkən mövcud mühəndis-kommunikasiya xətləri və qurğuları bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş qaydada sökülür və ya ərazidən köçürülür.