Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədovu qətlə yetirilməsini müşahidə kamerası qeydə alıb.

Heftelik.az-ın məlumatına görə, videogörüntüdə qatilin Nazim Əhmədovu  dayanacaqda necə gözlədiyi və iş adamı avtomobildən düşdükdən sonra onu güllələmək üçün yaxınlaşdığı görünür.

***

saat 17.26

Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı qətlə yetirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qətl hadisəsi bu gün səhər radələrində Sverdlova küçəsində baş verib. 61 yaşlı azərbaycanlı iş adamı Nazim Əhmədov “Mercedes ML” markalı avtomobilindən düşdükdən sonra maska geyinmiş killer ona yaxınlaşaraq odlu silahdan beş dəfə atəş açıb. N. Əhmədov hadisə yerində keçinib.

Qətl hadisəsi baş verən zaman iş adamının həyat yoldaşının da avtomobildə olduğu bildirilir.

Killer qətli törətdiyi odlu silahı ataraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nazim Əhmədovun Balaşixada 24 saat fəaliyyət göstərən ərzaq mağazasının sahibi olduğu bildirilir.