Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində batan 13 yaşlı uşağın meyiti aşkarlanıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, uşağın cəsədi ekspertizaya göndərilib.

***

20 aprel saat 21.05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Heftelik.az-averilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Qeyd edək ki, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində batan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevdir. O, ehtiyatsızlıqdan kanala yıxılıb.

Onun axtarışları davam etdirilir. Kanalda suyun axım sürətinin çox olması uşağın tapılmasını çətinləşdirir.