Texnoloji avadanlıqlar yerləşən otaqlarda yaxşı görünən yerlərdə texnoloji sxemlər asılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hər bir istehsalat otağının qapılarının bayır tərəfində istehsalatın partlayış-yanğın və yanğın təhlükəliliyi üzrə kateqoriyasını, həmçinin partlayış təhlükəli və yanğın təhlükəli zonaların siniflərini, obyektin yanğına qarşı vəziyyətinə məsul şəxsin adı, soyadı və atasının adı yazılan lövhə asılmalıdır.