Tikinti işlərinə (reklam qurğularının tikintisi istisna olmaqla) başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin yerləşdirilməsi sifarişçi tərəfindən təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Məlumat lövhəsində aşağıdakılar nəzərdə tutulur:
– tikintiyə icazə vermiş müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum haqqında məlumat;
– obyektin təyinatı, sifarişçisi, layihəçisi və podratçısı haqqında məlumat;
– tikintiyə başlanılması və tikintinin başa çatması ilə bağlı müddətlər haqqında məlumat;
– obyektin mərtəbə sayı, qabariti və görünüşü;
– tikintiyə icazənin, habelə bu Məcəlləyə uyğun olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti.