Xüsusi nişan və tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ilə bağlı tələblər istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri məlumatlandırma icraatı qaydasında tikilən obyektlərə də şamil olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Həmin obyektlərlə bağlı məlumat lövhəsində tikintiyə icazə verən orqanın (qurumun) əvəzinə tikinti barədə məlumatlandırılan orqanın (qurumun) adı göstərilir.