Tikinti layihələrinin tərkibi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Tikinti layihələri aşağıdakı bölmələrdən ibarətdir:

– mühəndis-axtarış işləri;

– tikinti ərazisinin baş planı;

– memarlıq-planlaşdırma və konstruksiya bölməsi;

– mühəndis-kommunikasiya təminatı bölməsi;

– texnologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda);

– ekologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda);

– tikinti işlərinin təşkili bölməsi;

– smeta bölməsi (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün).