Vergi orqanlarının işçilərinin sosial müdafiəsinə dövlət təminat verir və onlar dövlət büdcəsinin vəsaiti hesabına icbari qaydada sığorta olunurlar.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

İcbari sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir. Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına vəzifə maaşı ilə pensiyası arasındakı fərq ödənilir.