Tikinti işləri (reklam qurğularının tikintisi istisna olmaqla) başlandıqda tikintiyə icazə və tikinti ilə bağlı sənədlər, məlumatlandırma icraatı qaydasında tikilən obyektlərdə isə yalnız tikinti ilə bağlı sənədlər tikinti ərazisində qapalı yerdə saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Tikinti işlərinə başlamazdan əvvəl meydançadaxili və meydançadankənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. Tikintiyə icazədə nəzərdə tutulmuş şərtlər, göstərişlər və əlavə müddəalar tikinti işlərinə başlamazdan əvvəl yerinə yetirilməlidir.