Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.
Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizamlı əməkdaş kimi xarkterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.
Araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.