Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəyicisi vergi münasibətlərində bilavasitə və Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, öz qanuni və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak edə bilər.