Təhqiqatçı, müstəntiq və ya prokurorun hansı hallarda müdafiəçinin digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun rəhbərindən tələb etməyə haqlı olduğu açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Təhqiqatçı, müstəntiq və ya prokuror aşağıdakı hallarda müdafiəçinin digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun rəhbərindən tələb etməyə haqlıdır:

– müdafiəçi qismində seçilmiş vəkil şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq olaraq tutulduğu, yaxud həbsə alındığı andan 6 saat müddətində həmin şəxslə görüşməyə gəlmədikdə;

– müdafiəçi uzun müddət ərzində (hər bir halda 5 (beş) gündən artıq olmamaq şərti ilə) cinayət prosesində nəzərdə tutulmuş zəruri istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmədikdə, cinayət prosesini həyata keçirən orqan isə bu hərəkətlərin aparılmasını artıq təxirə sala bilmədikdə.