Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə yaxınları məlumat verib.
Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.