Etajer belə qurğudur

25 Aprel 2024, 09:15

Etajer (istehsalat binaları)  texnoloji və digər avadanlığın yerləşdirilməsi və xidməti üçün nəzərdə tutulmuş, binada və ya binadan kənarda yerləşən  divarları olmayan çox yaruslu karkas qurğudur.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.

Meydança – binanın daxilində və ya ondan kənarda yerləşən, müstəqil dayaqlara, binanın və ya avadanlıqların konstruksiyalarına söykənən, avadanlıqların qurulması, xidməti və ya təmiri üçün nəzərdə tutulmuş divarı olmayan biryaruslu qurğudur.