Hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
– müvafiq istintaq hərəkətinin icraatında onun başlanmasından qurtarmasınadək iştirak etmək;
– iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
– müvafiq istintaq hərəkətinin icraatı və onun protokolu ilə tanış olarkən baş verənlərə dair öz etirazını bildirmək;
– istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda imzalamaq;
– cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
– bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.