Mülki cavabdehin ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq və təhqiqatçının, müstəntiqin, prokurorun qərarlarından, yaxud hərəkətlərindən, habelə hökmün ona qarşı irəli sürülmüş iddiaya dair hissəsindən və ya məhkəmənin digər yekun qərarından apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək hüquqları var.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.