Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli, yaxud təqsirləndirilən şəxsə müəyyən müdafiəçinin dəvət edilməsini təklif etməyə haqlı deyil.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Lakin onlar müvafiq ərazi üzrə vəkil qurumunun rəhbərindən aşağıdakı hallarda vəkillər sırasından müdafiəçi təyin edilməsini xahiş etməlidirlər:
– şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə;
– cinayət prosesində müdafiəçinin iştirakı məcburi olan hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisi olmadıqda.