Qalereya uzununa divarlardan biri sütunlardan təşkil edilmiş uzun bağlı yerləşgə,  rampa  müxtəlif mərtəbələr (səviyyələr) arasında əlaqə yaradan qurğudur.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.

Tambur qapılar arasında yerləşən, binaya, pilləkən qəfəsəsinə və digər sahələrə soyuq havanın, tüstünün və müxtəlif qoxuların keçməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş keçid məkanı, portik binanın üç tərəfdən açıq, sütun və tağlardan təşkil olunmuş qabağa çıxan hissəsidir.