Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına hansı hallarda xitam verilmiş hesab edildiyi müəyyənləşib.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına aşağıdakı hallarda xitam verilmiş hesab edilir:
– müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda;
– şübhəli və ya təqsirləndirilən şəxs ondan imtina etdikdə (onunla müqaviləni pozduqda);
– cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda.