“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini, habelə əmlaka sərəncam verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə məlumatın surətini çap edərək notariat işinə tikir və həmin məlumatın surəti bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.