İki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli, sənədin tikildiyi hissəyə ulduzvari rəngli kağız və ya zərvərəq yapışdırılmalı və notariusun imzası və möhürü ilə təsdiq edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Möhür elə vurulmalıdır ki, onun bir hissəsi rəngli ulduzvarı kağızın və ya zərvərəqin üzərinə düşsün. Əcnəbi vətəndaşlar adından əqdlər təsdiq edilərkən onların vətəndaşlığı da göstərilir.