Fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti “Elektron notariat” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notarius tərəfindən daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius tərəfindən dövlət reyestrindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notariusun istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur.