Kağız daşıyıcıda olan reyestrlər qaytanla tikilməli, onların vərəqləri nömrələnməlidir. Vərəqlərin sayı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buna vəkil edilmiş şəxsin imzası ilə təsdiq olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

İşçinin imzası müvafiq ədliyyə orqanının möhürü ilə təsdiq edilir. Elektron formada olan notariat reyestrində qeyd edilən notariat hərəkətləri barədə məlumatlar birbaşa “Elektron notariat” informasiya sisteminə daxil edilir və daimi orada saxlanılır.