Müvafiq notariat hərəkətlərinin aparılması ilə bağlı “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət zamanı notarius fiziki şəxslərin şəxsiyyətini və hüquqi şəxslərin hüquq qabiliyyətini həmin şəxslər tərəfindən Fərdi kabinetin formalaşdırılması zamanı təqdim edilmiş məlumatlar əsasında müəyyən edir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələr təsdiq edilərkən, habelə nəqliyyat vasitələrinə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilərkən, qeydiyyat şəhadətnamələrinin notarius tərəfindən təsdiq edilmiş surəti notariat işində saxlanılır. Bu zaman həmin sənədlər bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.