Hüquqi şəxs seçkili kollegial orqan tərəfindən idarə olunursa, vəzifəli şəxslərin seçilməsi və onlar arasında vəzifə bölgüsü haqqında qərar tələb edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notariat işində hüquqi şəxsin dövlət qeydiyyatına dair reyestrdən çıxarışın, habelə filial və nümayəndəliklərin rəhbərinə verilmiş etibarnamənin notarius tərəfindən təsdiq edilmiş surəti saxlanılır. Bu zaman həmin sənədlər bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.