Notarius əqdlərin iştirakçılarının, şahidlərin (vəsiyyətnamənin təsdiqi zamanı) və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini (videoyazı, “Elektron ədliyyə köşkü”, “Mobil notariat qovluğu” proqram təminatı vasitəsilə aparılan notariat hərəkətləri istisna olmaqla) yoxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Bu zaman əqd iştirakçıları, şahidlər və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslər özlərinin yazı xətti ilə soyadını, adını, atasının adını yazdıqdan və imza etdikdən sonra həmin sənədlər notariat qaydasında təsdiq olunur.