Son 9 ayın uğurları

26 Aprel 2024, 11:53

Keçən ilin sentyabrından 9 ay ötür və görün nə qədər heyranedici hadisələr baş verib. Bu səhər bu haqda söhbət edirdik – Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur və COP29. Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni inanılmaz hadisələr baş verir.

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb. Cənab Prezident qeyd edib ki, son 9 ayda ölkəmiz üçün çox vacib işlər görülüb və addımlar atılıb: bu səhər bu haqda söhbət edirdik- Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur və COP29. Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni inanılmaz hadisələr baş verir. COP29-un təşkil edilməsi, əlbəttə ki, məsuliyyətlidir və bu, hər kəsi məşğul edən tədbirdir. Bütün sadaladığım amillər daxil olmaqla Azərbaycanın hekayəsi haqqında danışmaq yerinə düşərdi. Yəni, Azərbaycanın təbliği kimi deyil, çünki o zaman burada manipulyasiyanın baş verdiyini söyləyənlər ola bilər. Amma hər şeyi olduğu kimi anlatmaq lazımdır, çünki insanlar dinləyirlər. Onlar Azərbaycanın və COP29-un uğur qazanmasını istəyirlər. Bütün işlərdə uğur qazanmamızın əsas səbəbi var, bu heç vaxt Azərbaycana potensial təhlükə yarada biləcək heç bir təşəbbüsə qoşulmamışıq və İranla, Rusiya ilə, Gürcüstanla, Avropa ilə, qardaş Türkiyə ilə münasibətlərimizdə həmişə ədalətli olmuşuq. Bu səbəbdən də Azərbaycan Respublikası günbəgün inkişaf edir və etməkdə davam edəcəkdir.

Sonda prezident görüşü yekunlaşdırıb və gələn qonaqlara təşəkkürlərini bildirib.

 

Nəzrin Heydərova

Azərbaycan Dövlət Pedaqoji Universiteti