Türkiyədə İYİ Partiyanın yeni sədri seçilib.

Heftelik.az-ın məlumatına görə, bu gün partiyanın V qurultayında sədr postuna Müsavat Dervişoğlu, Koray Aydın, Mehmet Tolga Akalın və Günay Kodaz olub.

Birinci turda Müsavat Dervişoğlu  370, Koray Aydın 472, Mehmet Tolga Akalın 327 və Günay Kodaz 2 səs alıb, birinci turda sədr seçilmək üçün namizədlərin heç biri yetərli səs toplamayıb.

Mehmet Tolga Akalın ikinci tura keçsə də, yarışdan çəkilib. İkinci turda Müsavat Dervişoğlu 570, Koray Aydın 565 səs alıb.  Üçüncü turda Müsavat Dervişoğlu  611 qurultay nümayəndəsinin səsini alaraq İYİ Partiyanın sədri seçilib. Koray Aydın isə 548 səs toplayıb.

Xatırladaq ki, bələdiyyə seçkilərindən əvvəl partiyanın sədri Meral Akşener uğursuzluqla üzləşəcəkləri təqdirdə üzərinə düşəni edəcəyini, siyasi səhnədən çəkiləcəyini bildirmişdi. Meral Akşener qurultayda da namizəd olmayıb.