Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış işləri aparılacağına dair yerli sakinlərə xəbərdarlıq edilib.
Heftelik.az-ın Ermənistan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, partlayış 08:10-dan 08:40-dək olan vaxt aralığında baş verəcək.
Sakinlərdən panikaya düşməmək xahiş olunub.